Mayın 25-də Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, xidmətlərində uğurlar arzulanıb.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.
Bizim.Media