Şair Ağaverdi Nəsirovun imza günü keçirilib - FOTO

Şair Ağaverdi Nəsirovun imza günü keçirilib - FOTO

Hazırda oxunan: Şair Ağaverdi Nəsirovun imza günü keçirilib - FOTO

194325

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair-publisist Ağaverdi Nəsirovun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın kitabları diqqət toplayıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Qızıl qələm" mükafatına layiq görülən yazarın imza günü keçirildi - FOTO


Yazıçı kitablarında daha çox vətənpərvərlik, məhəbbət, müharibə, yurd həsrəti və təbiət mövzularına toxunduğunu deyib.

O, 4 kitab müəllifi olduğunu bildirib.

Oxucular yazarın "Xarıbülbül həsrəti", "Köhnə yurda qayıdış", "Müharibə və məhəbbət", "Bizim vağzalımız çalınmayacaq" kitabları ilə tanış olublar. 

Yazar saytımıza açıqlamasında festivalın kitaba olan marağı, sözə olan dəyəri artırdığını deyib.

Xatırladaq ki, o, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival ayın 31-dək davam edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO