Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü gününə start verilib.
Bizim.Media xəbər verir ki, festivalın bu günü Qazaxıstana həsr olunub.
MÖVZU İLƏ BAĞLI:
OAR ləqəbli gənc yazarın imza günü keçirildi - FOTO
Festivalın 4-cü günü Qazaxıstanın dövlət himni ilə başlayıb. Aparıcı Qazaxıstanla Azərbaycan arasındakı əlaqələrin önəmindən danışıb.
Çıxış edənlər hər iki ölkənin ədəbi və elmi əlaqələrindən söz açıblar.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media