DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT 

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT 

Hazırda oxunan: DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT 

194265

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edərək ayrı-ayrı yerlərdə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir. 

Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan tozlu hava səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq, sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. 

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO