“Yeni ixtiralar üçün onun kökündə dayanan elmləri öyrənmək lazımdır” – Nazir

“Yeni ixtiralar üçün onun kökündə dayanan elmləri öyrənmək lazımdır” – Nazir

Hazırda oxunan: “Yeni ixtiralar üçün onun kökündə dayanan elmləri öyrənmək lazımdır” – Nazir

194253

“Azərbaycanın yaşıl keçidə keçməsi və COP 29-un ölkəmizdə keçirilməsinin önəmli olduğunu düşünürəm. Çünki bu həm iqtisadi, həm də gündəlik həyatda müəyyən davranış fərqliliyinə gətirir. Fikrimcə, bunu təhsil vasitəsi ilə dəyişə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, bu məsələ bir neçə istiqamətdə özünü göstərir:

"Birinci vətəndaşın məsələyə səriştəli yanaşmasıdır. İkinci məqam bacarıqlardır ki, bu da təhsil ilə əlaqəlidir. Səriştəsiz yanında duran da bacarıqlardır ki, özünü həm peşə, həm də ali təhsil sistemində biruzə verir. Üçüncü istiqamət isə daha çox elm və innovasiya ilə əlaqəlidir. Bu məqamda növbəti illərdə biz milli təhsil sistemi olaraq innovasiyalardan kənarda qalmamalıyıq".

Nazir onu da əlavə edib ki, yeni sahə yaranan və aktuallaşan zaman dərhal o ada uyğun ixtisas yaradıb təhsil sisteminə əlavə etməyə çalışırıq:

"Lakin bununla iş həll olunmur. Yaşıl iqtisadiyyata və bərpa olunan enerjinin daha dərin öyrənmək üçün təhsil sitemində fundamental elmlərə düzgün yanaşılmalıdır. Bunun kökündə dayanan fənlər kimya, fizika, riyaziyyatdır. Yeni sahə meydana gələn kimi onun adına uyğun yeni ixtisas açılması hər şeyi həll etmir.
Məsələnin kökü öyrənilməlidir. Təhsil ictimaiyyəti olaraq yeni ixtisaslara üstünlük verilməlidir. Yeni ixtiralardan, yeni sahələrdən danışırıqsa onun kökündə dayanan elmləri öyrənmək lazımdır. Bəzi ixtisasları əhatə edəcək fundamental fənnlər elmi cəhətdən daha dərin öyrənilməlidir".

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO