Tatarıstan Arxeologiya İnstitutunun direktoru Biləsuvara getdi

Tatarıstan Arxeologiya İnstitutunun direktoru Biləsuvara getdi

Hazırda oxunan: Tatarıstan Arxeologiya İnstitutunun direktoru Biləsuvara getdi

194160

Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Qabitoviç Sitdikov  Biləsuvar rayonunda olub. Onun Biləsuvara səfəri məhz bu rayonda bir qrup arxeoloqla aparılacaq  praktik və nəzəri tədris işinin proqramlaşdırılması ilə bağlı olub.

Bizim.Media xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, dosent Mikayıl Mustafayevin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun müşayət etdiyi qonaq  bildirib ki,  bu ilin iyul ayından Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi fəaliyyətə başlayacaq. 

Bununla əlaqədar olaraq, bir qrup arxeoloqların Biləsuvar rayonu ərazisində aparılacaq praktik və nəzəri tədris ilə bağlı Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalası topoplanları hazırlanacaq, geodeziya və kəşfiyyat xarakterli arxeoloji testlər aparılacaq. 
Səfər çərçivəsində qonaq Tarix-Diyarşünaslıq Muzeyində olaraq   rayonun qədim tarixi-mədəniyyət abidələri olan İçəri Ağdam yaşayış yeri və  Şəhriyar qalası ərazisinə baxış keçirib. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO