Astara rayonunun Pəlikeş kəndində Əfqanıstan İslam Respublikasının vətəndaşı 1956 - cı il təvəllüdlü Mohammad Rasul Fahimi dünyasını dəyişib. O, həmin kəndə qonaq gəlibmiş. Onun ölüm səbəbi məlum deyil.
Bizim.Media xəbər verir ki, meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Bildirildiyinə görə Mohammad Rasul Fahimi Pəlikeş kəndindən olan qızla evlənib. Cütlük Bakı şəhərində yaşayırmış.
Faktla baglı rayon prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 26.05.2024
Astarayaya qonaq gələn Əfqanıstan vətəndaşı vəfat etdi - FOTO
Hazırda oxunan: Astarayaya qonaq gələn Əfqanıstan vətəndaşı vəfat etdi - FOTO
Hazırda oxunan: Astarayaya qonaq gələn Əfqanıstan vətəndaşı vəfat etdi - FOTO
194149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.