9-cu sinif şagirdinin ilk fərdi sərgisi keçirildi - FOTO 

9-cu sinif şagirdinin ilk fərdi sərgisi keçirildi - FOTO 

Hazırda oxunan: 9-cu sinif şagirdinin ilk fərdi sərgisi keçirildi - FOTO 

194116

Şəkidə “Mənim qanadlı arzularım” adlı sərgi təşkil olunub. 9-cu sinif şagirdi Gülnar Məmmədlinin ilk fərdi sərgisində 70 yaxın əsəri nümayiş etdirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Nakam adına Mərkəzi Kitabxanada təşkil edilən sərgidə gənc rəssamın müəllimləri, sinif yoldaşları eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. 

Sərginin ərsəyə gəlməsində təşəbbüs göstərən filologiya üzrə fəlsəfə doktoru, folklorşünas alim Qiymət Məhərrəmli bildirib ki, Gülnar Məmmədli Şəkinin Baş Zəyzid kəndində doğulub boya-başa çatıb. Körpəlikdən rəsm çəkməyə meyilli olub. Evdə valideynləri, məktəbdə isə müəllimləri onun bu sahədə inkişaf etməsi üçün istiqamətlər verib. 

Artıq bir neçə ildir professional müəlim yanında ustad dərsləri alan Gülnar əsasən sürrealist və abstrakt janrda işləyir.   

İlk sərgisi uğurla keçən, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan Gülnar gələcəkdə bu sahədə inkişaf etmək istədiyini, Rəssamlıq Akademiyasını oxuyaraq ölkəmizi öz əsərləri ilə dünyada tanıtmaq istədiyini bildirib. 





Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO