Şəmkirin icra başçısı parkın ərazisini 1,3 milyona satıbmış

Şəmkirin icra başçısı parkın ərazisini 1,3 milyona satıbmış

Hazırda oxunan: Şəmkirin icra başçısı parkın ərazisini 1,3 milyona satıbmış

19410

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub.

Bizim.Media-nın məlumatına görə, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.
 

MÖVZU İLƏ BAĞLI:

Alimpaşa Məmmədov məhkəməyə gətirildi


Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.

Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir. (qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO