Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs

Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs

194032

Sosial şəbəkələrdə Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı edilən paylaşım marağa səbəb olub. Xüsusilə abituriyentlərin diqqətini çəkən məsələ universitetin bu il bakalavriat səviyyəsinə qəbul olacaq tələbələrə xüsusi imkanlar təklif etməsidir.

Bizim.Media xəbər verir ki, paylaşımlarda bu il SDU-ya 500-dən çox balla qəbul olacaq tələbələrə aylıq 200 manat əlavə təqaüd ödəniləcəyi və ödənişsiz olaraq tələbə yataqxanasından istifadəyə şərait yaradılacağı iddia edilir.

Məsələnin təfərrüatını öyrənmək üçün Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirir və SDU növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün yeni imkanlar yaradır:
"2024/25-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 500 baldan yüksək göstəricilərlə SDU-ya qəbul olan tələbələr əlavə olaraq hər ay 200 manat məbləğində xüsusi təqaüd imkanından yararlana biləcəklər. Onu da qeyd edək ki, xüsusi təqaüd digər təqaüdlərin verilməsi qaydalarına uyğun olaraq, tələbələrin semestr üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə əsasən, davamlı olaraq ödəniləcək. Tələbələr SDU-nun təmirdən yeni çıxmış "Tələbə evi"ndə ödənişsiz qalmaq imkanı da əldə edəcəklər. Burada tələbələrin rahatlığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, asudə vaxtın səmərəli keçirilməsi üçün bütün imkanlar yaradılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO