Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası TƏSDİQLƏNDİ

Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası TƏSDİQLƏNDİ

Hazırda oxunan: Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası TƏSDİQLƏNDİ

194003

Nazirlər Kabinetində “Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılmasının məqsədi standartlaşdırma üzrə yeni normativ sənədin qəbulundan, mövcud olanların təkmilləşdirilməsinə və ya ləğvinə zərurətin olmasından, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsindən ibarətdir. 

Milli standartlaşdırma qurumu standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının nəticələrinə dair təkliflərə onların daxil olduğu tarixdən 30 iş günü müddətində baxır.

Milli standartlaşdırma qurumu yoxlamanın nəticələrinə dair noyabr ayının 1-dək standartlaşdırma sahəsində normativ sənədlərdə dəyişiklik edilməsi, ləğv olunması və ya yeni standartlaşdırma üzrə normativ sənədin hazırlanması ilə bağlı əsaslandırılmış təklifləri özündə əks etdirən hesabat hazırlayır. Hazırlanmış hesabat 3 iş günü müddətində münasibət bildirilməsi üçün texniki komitələrə və aidiyyəti dövlət orqanlarına göndərilir.

Texniki komitələr və aidiyyəti dövlət orqanları daxil olmuş hesabata 10 iş günü müddətində münasibət bildirməlidirlər. Bu müddət ərzində münasibət bildirilmədikdə hesabat razılaşdırılmış hesab olunur.

Milli standartlaşdırma qurumu tərəfindən yoxlamanın nəticələrinə dair təqdim edilmiş təkliflər əsaslı hesab olunmadıqda onun qəbulundan imtina edilir və bu barədə aidiyyəti standartlaşdırma subyektinə 5 iş günü müddətində əsaslandırılmış məlumat verilir. Normativ sənədin ləğv edilməsinə dair qərar 2 iş günü müddətində milli standartlaşdırma qurumunun rəsmi internet saytında dərc olunur. Texniki şərtlərin yoxlanılması milli standartlaşdırma qurumu tərəfindən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO