Gəncədə güclü külək fəsadlar törətdi – FOTO/VİDEO

Gəncədə güclü külək fəsadlar törətdi – FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə güclü külək fəsadlar törətdi – FOTO/VİDEO

193979

Bu gün səhər saatlarından başlayan güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, güclü külək şəhərin S.Rəhimov küçəsində iri gövdəli ağacı əsas yola aşırıb.

Bundan başqa şəhərin Mahrasa bağı və Gülüstan qəsəbəsində, Yeni Gəncə yaşayış massivinin bir neçə yerində ağaclar qırılıb. Şəhərin “Qələbə parkı” adlanan ərazisində ağac qırılaraq “VAZ 21015” markalı maşının üzərinə düşüb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.
 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO