Xəbər verdiyimiz kimi Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Masallıda BİABIRÇILIQ: 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilir - İDDİA
16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.
Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.
Bizim.Media