Zelenski Putinə “Vatikana gəl” dedi

Zelenski Putinə “Vatikana gəl” dedi

Hazırda oxunan: Zelenski Putinə “Vatikana gəl” dedi

19392

“Rusiya prezidenti ilə görüş üçün Vatikan ən optimal məkan ola bilər. Çünki Vatikan sülh barədə dialoq üçün ən ideal yerdir”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın “La republica” qəzetinə müsahibə zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Putinin Moskvaya dəvətini qəbul edə bilməz - Ukrayna Baş nazirinin müavini


Zelenskinin sözlərinə görə, Vatikana dövlətlərarası konflikt və sülhə söykənən gələcəyin təminatı üçün tez-tez müraciətlər edilib:

“Çünki Vatikan hərbi-siyasi və iqtisadi maraqları olmadan mənəvi güc mənbəyi hə çözüm yolu olan yerdir. Roma Papası vəzifəsi etibarı ilə dünyanın peyğəmbəridir”, - deyə Zelenski fikir bildirib. 

Xatırladaq ki, aprelin 20-də Zelenski Vladimir Putinə Donbassın istənilən yerində görüşməyi təklif edib. İki gün sonra, 22 aprel tarixində Rusiya lideri Kiyevin dialoqu bərpa etmək istəyini alqışladığını deyib və əlavə edib ki, Zelenskini ona uyğun vaxtda Moskvada qəbul edə bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO