İyun ayından 1-dən etibarən qeyri-leqal yolla ölkəyə gətirilmiş Çin istehsalı “Zeekr” avtomobillərinin ekranı blokalanacaq. Bunu “Avtostop” verilişinin aparıcısı Tural Yusifov sosial şəbəkə hesabında bildirib. Məlumata görə avtomobili idarə etmək mümkün olsa da, ekranı ilə bağlı heç bir əməliyyatı yerinə yetirmək mümkün olmayacaq. Son illərdə Azərbaycanda Çin istehsalı avtomobillər artmağa başlayıb. Qiyməti daha ucuz olduğun üçün bu avtomobillərə maraq da böyükdür.
Bizim.Media xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da demokrat.az-a açıqlamasında Azərbaycanın avtomobil bazarında Çin istehsalı avtomobillərin sayının getdikcə artdığını deyib:
“Məsələ belədir ki, bir çinli əgər Çin istehsalı avtomobili ölkədən çıxarırsa, onun ƏDV-si həmin şəxsə geri qaytarılır. Buna görə də Çin vətəndaşı ölkədən avtomobil ixrac etməkdə maraqlıdır.
Azərbaycanda həmişə sovet – Rusiya istehsalı avtomobillər populyar olub. Hələ sovet illərində Azərbaycan Rusiya istehsalı avtomobillərin alınması üzrə 5-6-cı yerdə olub. Lakin son illərdə Rusiyaya tətbiq edilən məlum iqtisadi sanksiyalar səbəbindən avtomobil istehsalı da çökdü. Onun yerini isə Çin istehsalı avtomobillər tutdu. Bu səbəbdən Azərbaycanda Çin istehsalı avtomobillərin sayının artması təəccüblü deyil”.
Ekspert bunun mənfi tərəflərinin olduğunu da nəzərə çatdırıb:
“Birincisi, bundan rəsmi avtomobil satışı mərkəzlərinə böyük zərər dəyir. Rəsmi dilerlər, distrübütorlar ziyan çəkirlər. Çindən dolayı yolla ixrac edilən avtomobillərin satışında vergidən yayınmalar olur, avtomobil idxalçıları cüzi rüsum ödəməklə böyük qazanc əldə edirlər. Bu məsələ elə balanslaşdırılmalıdır ki, bizim rəsmi dilerlərə, distrübütorlara zərər dəyməsin.
Təklif bundan ibarətdir ki, nizamsız ixrac olunan, Avropa standartlarına uyğun gəlməyən Çin istehsalı avtomobillərin, həmçinin elektromobillərin ixracının qarşısı alınsın. Hansı avtomobilin satış üzrə rəsmi distrübütoru yoxdursa, satışı dayandırılsın. Elektromobillər də problemlidir. Bu tip avtomobillərdə bir müddət sonra mühərrikin utilizasiyasına ehtiyac yaranır. Amma onları utilizasiya etmək problemli məsələdir. Bu bizə gələcəkdə problem yaradacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:11 / 24.05.2024
Çin istehsalı avtomobillər BLOKLANACAQ - Standartlara uyğun deyil
Hazırda oxunan: Çin istehsalı avtomobillər BLOKLANACAQ - Standartlara uyğun deyil
Hazırda oxunan: Çin istehsalı avtomobillər BLOKLANACAQ - Standartlara uyğun deyil
193882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.