Son illər gənc nüfuzda gərginlik səviyyəsi artıb. Ətrafda mehriban, gülərüz yox, kinli, aqressiv gənclər üstünlük təşkil edir.
Bəs bu məsələ nədən qaynaqlanır? Gəncləri aqressivləşdirən amillər nələrdir?
Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, hazırda cəmiyyətimizdə gərginlik pik həddədir:
“Bunun birinci səbəbi odur ki, bizim həyat tərzimiz dəyişib. Artıq valideynlərimizin, nənəmizin, babamızın yaşadığı həyatı yaşamırıq. Amma həyata baxışımızı dəyişmək istəmirik. Köhnə qaydalarla yeni həyatda yaşamaq istəyirik. Bu isə mümkünsüzdür və nəticəsi olmayacaq.
Bundan əlavə, insanlar prioritetləri düzgün qura bilmirlər. Məsələn, insanlarımız elə bilir ki, əyləncə lazımsız bir şeydir. Ancaq aktiv, doğru əyləncə təhsil və iş qədər əhəmiyyətlidir. Burada aktiv əyləncədən söhbət gedir. İdman etmək, təbiət qoynunda gəzmək, heyvan saxlamaq, əkib-becərmək insanın əsəblərini sakitləşidirir.
Oğlanlar idmana daha çox gedir, orada stres atırlar. Amma qızlar nisbətən az gedirlər, ona görə də stresi ata bilmirlər. Başqa üsul kimi rəfiqələrinə dərdlərini deyirlər. Onlar da ağılları nə kəsir, onu deyirlər, nəticədə qalmaqal böyüyür. Hansısa qadın bəzən məsələni qızışdırır, yanlış məsləhətlər verirlər, doğru olmayan yol göstərirlər. Niyyətləri yaxşı olsa da, məsələni daha da emosionallaşdıra bilirlər.
Bütün dünyada qəbul olunub ki, insanın problem kimi qəbul etdiyi bir şey varsa, onu mütəxəssislə araşdırmaq lazımdır. Qohum, dost, rəfiqə adama canı yana bilər. Ancaq onların doğru bildikləri subyektiv düşüncələrə əsaslanır və subyektiv fikirləri həmişə doğru olmur. Bəzi insanlar elə bilir ki, hamıdan ağıllıdırlar. Lakin təcrübələri dar insan həyatına sığır”.
E.Əkbər qeyd edib ki, mütəxəssislərə üz tutmaq lazımdır:
“Mütəxəssis əsl terapevtdirsə, bu sahənin təhsilini almış şəxsdir. Həmin şəxs elmi tərəfdən problemin həllini yaxşı bilir. Üstəgəl mütəxəssis bir insanın yox, çox insanın taleyi ilə tanışdır deyə təcrübəli olur. Bu baxımdan yaxşı olar ki, insanlar problemlərini dost, rəfiqə ilə deyil, mütəxəssislə bölüşsünlər. Mütəxəssislər obtektiv və bitərəf çıxış edirlər, bunu da nəzərə almaq lazımdır.
Tövsiyə edərdim ki, hər iki cins həyatda kompromisi düşünsünlər. Ancaq günümüzdə xarakterlərdə narsistlik əlamətləri kifayət qədər artıb. Bu da insanları aqressiv, qəzəbli, konfliktə getməyə meyilli edir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 24.05.2024
Gənclər arasındakı aqressivlik nədən QAYNAQLANIR?
Hazırda oxunan: Gənclər arasındakı aqressivlik nədən QAYNAQLANIR?
Hazırda oxunan: Gənclər arasındakı aqressivlik nədən QAYNAQLANIR?
193860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.