Ölkə ərazisində may ayında yağan güclü yağışlar Kür çayının Salyan-Neftçala rayonlarından keçən hissəsində də su artımına səbəb olub.
Yerli sakinlərin Bizim.Media-nın yerli bürosuna bildirdiklərinə görə, son 5-6 ildə Kürün bu hissəsində çox ciddi quruma prosesi gedirib.
Hətta vəziyyət o həddə çatmışdı ki, ətraf kəndlərin əhalisi təsərrüfatlarını su ilə təmin edə bilmədiyindən ərazini tərk etmək məcburiyyətində qalırdılar.
Kürdə suyun səviyyəsinin az-çox saxlanılması, çayın flora və faunasının tam məhv olmaması üçün dövlət səviyyəsində tənzimləyici addımlar atılsa da, bütün hallarda bu Kürdə suyun azalma problemini həll edə bilmir, xüsusilə, çayda balıqların artım prosesini əngəlləyirdi.
Yerli sakinlərin dediklərinə görə, çayda suyun azlığı həm əkin-biçin, həm heyvandarlığın, həm də balıqçılığın tənəzzülünə gətirib çıxarmışdı. Hansı ki, Kürqırağı kəndlilərin əsas məşğuliyyəti məhz bu sahələrdir.
Neftçaladan olan ekspert Hilal Cəfərovun sözlərinə görə, son yağışlar vəziyyəti köklü sürətdə dəyişib. Güclü yağışların yağması fonunda Kürə digər mənbələrdən verilən su kəsilib.
Bu baxımdan Kürün yağış suyu hesabına 4 metrə qədər artmasını rekord göstərici sayan ekspert deyib ki, çayda suyun hər gün 20-30 santimetr artdığını müşahidə edir:
"Kürdə su ehtiyatı yaranıb və hər gün artım hiss edilir. Amma bu o demək deyil hər hansı daşqın təhlükəsi var. Sadəcə inamla demək olar ki, son 5 ildə Neftçalanın və Salyanın Kürqırağı sakinlərinin yaşadığı su böhranı xeyli dərəcədə həll olunub. Yəni, ilboyu su qıtlığından şikayət olmayacaq.
Eyni zamanda dövlət strukturları da suyun qənaətlə işlənməsinin tənzimləməyə, çayı su ilə təmin etməkdə kifayət qədər güc və maliyyə sərf edirdi, bu gərginlik də, məncə, aradan qalxdı”.
Müsahibimiz xüsusi ilə diqqətə çatdırdı ki, çayda su bolluğu yolğun bitkisinin də inkişafını təmin edəcək. Hansı ki, bitki balıqların artımında mühüm faktorlardan hesab olunur. Eyni zamanda, Kür suyunda duzluluğun azalması da balıqların təbii artımına təkan verəcək.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 25.05.2024
May yağışlarının FAYDASI – Kürqırağı rayonlarda susuzluq problemi ARADAN QALXDI? – FOTO
Hazırda oxunan: May yağışlarının FAYDASI – Kürqırağı rayonlarda susuzluq problemi ARADAN QALXDI? – FOTO
Hazırda oxunan: May yağışlarının FAYDASI – Kürqırağı rayonlarda susuzluq problemi ARADAN QALXDI? – FOTO
193823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.