Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Bizim.Media xəbər verir ki, şəhidin nəşi rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, Rəhimov İlqar Şaiq oğlu 1994-cü ildə Murovdağ istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:54 / 24.05.2024
30 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz dəfn olundu - FOTO
Hazırda oxunan: 30 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz dəfn olundu - FOTO
Hazırda oxunan: 30 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz dəfn olundu - FOTO
193818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.