Azərbaycanda 7 baldan yuxarı zəlzələ GÖZLƏNİLİR? – Qurban Yetirmişlidən AÇIQLAMA 

Azərbaycanda 7 baldan yuxarı zəlzələ GÖZLƏNİLİR? – Qurban Yetirmişlidən AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda 7 baldan yuxarı zəlzələ GÖZLƏNİLİR? – Qurban Yetirmişlidən AÇIQLAMA 

193815

“Azərbaycan ərazisi 8-9 ballıq tektonik bölgədir. Lokal sahələri öyrənəndə isə görürsən ki, 10 bala kimi seysmik zona da çıxır”. 

Bunu Bizim.Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – Qurban Yetirmişlidən AÇIQLAMA 


O, qeyd edib ki, gilli, qumlu, sulu ərazilərdə tədqiqat aparanda 10 ballıq tektonik ərazilər üzə çıxır: 

“Azərbaycanın ən aktiv seysmik zonaları Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Gəncəbasar, Talış, Xəzər dənizi əraziləridir. Zonalar içərisində mikrorayonlaşmadan da kiçik ərazilərdə, yəni lokal sahələrdə zəlzələnin balı artıq olur. Bildiyiniz kimi, qədim zamanlarda Azərbaycan ərazisində çox dağıdıcı zəlzələlər olub. Sonuncu dəfə Azərbaycanda belə dağıdıcı zəlzələ 1902-ci ildə Şamaxı ərazisində 6.9-7 bal gücündə olub”. 

Mərkəzin rəhbəri qeyd edib ki, zəlzələlərin 50, 100, hətta 1000 illər ərzində təkrarlanması məsələsi var: 

“Çox vaxt da görürsən ki, bu, özünü doğrultmur. Xırda zəlzələlər həmişə olub və olacaq. Lakin yaxın zaman üçün Azərbaycanda kotastrativ dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Yəni maqnitudası 7-dən yuxarı zəlzələ gözlənilmir”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO