Linç olunmaq insan psixologiyasına necə TƏSİR edir? – Maraqlı AÇIQLAMA 

Linç olunmaq insan psixologiyasına necə TƏSİR edir? – Maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Linç olunmaq insan psixologiyasına necə TƏSİR edir? – Maraqlı AÇIQLAMA 

193776

Qədim dövrlərdən bəri insanlar kimisə hansısa fikrinə, hərəkətinə görə linç ediblər. İnsanlara görə səhv edildiyi düşünülən şəxslər müxtəlif cəza üsulları ilə parktiki olaraq linç olunurdular. Döyülür, təhqir olunur, yandırılır, edam olunurdular. Tarixdə bu cür hadisələr çox olub.

Müasir dövrdə isə linçlənmə sosial şəbəkələrdə davam edir. Birini elədiyi hərəkətə, dediyi sözə görə yaxşı və ya pis, doğru və yanlış olduğu qənaətinə gəlinmədən linç edir, ünvanına təhqirlər yağdırırlar. Dəfələrlə sosial şəbəkələrdə ayrı-ayrı, tanınan və ya məşhur olmayan şəxslərə qarşı belə “xalq divanı” qurulub. 

Bəs buna kimlər meyil edirlər? Bu, linç olunan şəxsin psixologiyasına necə təsir edir?

Bu barədə Bizim.Media-ya danışan psixoloq Aygün Ağabalayeva deyib ki, insanlar bəzən deyilən sözdən, olunan hərəkətdən xəbərdar olmadan bu kampaniyaya qoşulurlar:

“Tarix boyu siyasətçilər, mədəniyyət insanlarının arasında da linçə məruz qalanlar olub. Son zamanlar sosial şəbəkələrdə linç çox qabarıq şəkildə özünü büruzə verir. Müşahidə edirik ki, insanlar oxumağa meyilli deyillər. 

Hansısa status, paylaşım olanda qoyulan başlığa baxır, mətni oxumadan və ya videonu izləmədən başlığa münasibət bildirirlər. Kimsə ilk olaraq paylaşıma neqativ fikir bildirir və digər insanlar təhqir formasında, mənfi sözlərlə bu rəyləri davam etdirirlər. Bu fikirləri hər kəs yazmır. Daha çox bu kommentləri psixoloji durumunda problem olan insanlar, özgüvənsiz və özlərini sosial şəbəkədə təsdiq etməyə çalışan insanlarda yazırlar”.

O bildirib ki, linç hər kəsə fərqli formada təsir edə bilər:

“Özünə güvəni olan, inamlı insan paylaşdığı, dediyi sözə görə hər cür rəyə hazırdır. Elə insanlar var ki, psixikası zəifdir, həssasdır və təbii ki, bu, onların psixologiyasına mənfi təsir göstərir. Bundan savayı, həmin rəyləri oxuyan insanlara da bu cür rəylər xoş təsir göstərə bilməz”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO