“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq. Nəticədə şirkətlər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə gətirib çixaracaq. “Made in Turan” brendinin yaradılması ilə xüsusi güzəştlər əldə olunacaq və türk dövlətləri arasında ticarət dövriyyəsi xeyli artacaq”.
Bizim.Media xəbər verir ki, bunu “demokrat.az”a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında bir çox siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq getdikcə inkişaf etməkdədir:
“Türk dünyası ölkələrinin qədim İpək Yolunun üzərində yerləşməsi ticarət dövriyyəsinin artmasına və türk dövlətlərinin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. “Made in Turan” brendinin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin daha da inkişaf etdirilməsi və türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Türkdilli dövlətlər arasında yaradılan bu vahid brend məsuliyyəti artıracaq, beynəlxaq rəqabət üçün ölkələrdə istehsal olunan məhsulların keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Biz bu təşəbbüsü Türk Dünyası Birliyinin möhkəmləndirilməsində müsbət bir addım kimi qiymətləndirir və dəstəkləyirik. Turan dövlətlərinin adının hallandığı bu brend ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsimdə mühüm addımdır”.
Xatırladaq ki, mayın 2-3-də Bakıda “2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu” keçirilib. Mayın 17-də isə Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradıldı. “Made in Turan” markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi deməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:37 / 23.05.2024
Türk dünyasında vahid markalaşma — “Made in Turan” nə vəd edir?
Hazırda oxunan: Türk dünyasında vahid markalaşma — “Made in Turan” nə vəd edir?
Hazırda oxunan: Türk dünyasında vahid markalaşma — “Made in Turan” nə vəd edir?
193675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.