Xəbər verdiyimiz kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.
Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, “Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir:
“Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.
Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.
Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.
Nazirlər Kabinetindən bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:34 / 23.05.2024
Həftəsonu ardıcıl 3 gün iş olmayacaq?
Hazırda oxunan: Həftəsonu ardıcıl 3 gün iş olmayacaq?
Hazırda oxunan: Həftəsonu ardıcıl 3 gün iş olmayacaq?
193588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.