Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov vəsatətlə çıxış edərək bildirib ki, Rəşad Məlikzadə istintaq zamanı 160 min manat dövlətə dəymiş ziyanı ödəyib:
"İstintaq zamanı Rəşad Məlikzadənin həyat yoldaşı Şəms Məlikzadənin adına Ləhic bağlarında 5 kotej tipli bağ evlərinin üzərinə həbs qoyulub. İstintaq dövründə həmin əmlaklar 684 min 240 manat qiymətləndirilib. Lakin Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl dövlətə dəymiş ziyanın ödənilməsi üçün həmin bağ evlərini satılması üçün müştəri ilə razılaşıblar, 40 min manat da beh alınaraq müqavilə bağlanıb. Həmin əmlakı 800 min manata razılaşıblar. Bu da istintaqın qiymətləndirilməsindən 120 min manat çoxdur. Biz ziyanın ödənilməsi məqsədilə həmin əmlakın üzərindən həbsin götürülməsini, əmlakın satılaraq birbaşa dövlət hesabına ödənilməsini istəyirik. Bu da məsuliyyətinin yüngülləşdirilməsi üçün əsasdır".
Vəkil daha sonra Rəşad Məlikzadənin cinayət işində olan video çəkilişə baxış keçirilməsini xahiş edib. Vəkil bildirib ki, Rəşad Məlikzadə həmin videoda 480 min manatın Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxslərinə verməsi barədə danışığı olub.
Rəşad Məlikzadə özü də vəsatətlərin təmin olunmasını istəyib. Bildirib ki, həbs olunmamışdan əvvəl həmin əmlakın satılması üçün bir nəfərlə razılığa gəlib:
"Amma həmin şəxs Rusiyada olduğu üçün alqı-satqı bir qədər gecikdi. Buna görə də əmlakı satıb dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirə bilmədik".
Prokuror isə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 29-da davam edəcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıbş və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib. İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:40 / 22.05.2024
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyib
Hazırda oxunan: Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyib
Hazırda oxunan: Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyib
193529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.