Xəbər verildiyi kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023 cü ildə məişət zorakılığı ilə bağlı müraciət edən 560-dan 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant olub.
Cəmiyyətimizdə daha çox məişət zorakılığına məruz qalan qadınlarla bağlı problemlər gündəmə gətirilir. Amma məişət zorakılığına məruz qalan kişilərimiz də var.
Bəs ölkəmizdə kişilər əsasən, nə zaman zorakılığa məruz qalırlar? Zorakılığa məruz qalan kişilərə hansı yardımlar edilir? Onlar üçün sığınacaqlar varmı?
Bizim.Media mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə üz tutub.
Qurumun Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova suallarımızı belə cavablandırıb:
“Məişət zorakılığına məruz qalan şəxslərə göstərilən qayğı ilə bağlı cinslərarası bölgü yoxdur. Uşaqlara qayğı tamam başqadır. Onların mənafeyi hər şeydən üstündür. Ancaq istər kişi olsun, istərsə də qadın, bu məsələdə fərq qoyulmur. Şəxs zorakılıq qurbanıdırsa, eyni cür yanaşılır. Qanunvericiliyə göz atsaq, bölgü olmadığına şahid ola bilərik. Ehtiyac olduğu halda mühafizə orderi verilir, qarşı tərəfə xəbərdarlıq olunur. Cinayət tərkibi olduğu təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edirik. Vətəndaş özü istədiyi təqdirdə sığınacaqla təmin olunur. Sığınacaqlarda da kişi və ya qadın bölgüsü yoxdur.
Bizə nə bu il, nə də ötən il sığınacaq üçün heç bir kişi müraciət etməyib. Buna görə də biz hansısa kişi ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməmişik. 27 nəfərin əksəriyyəti isə iqtisadi, psixi zorakılıq görüb. Fiziki zorakılıq təbii ki, olmur.
Məsələn, ana övladı ilə görüşə imkan vermir. Yaxud da boşanandan sonra kişini evə buraxmırlar. Hansısa kişi “məni döyürlər” deyərək bizə müraciət etməyib.
Məişət zorakılığına məruz qalan şəxslərə psixoloji, sosial, hüquqi, sosial yardımlar göstərilir. Məsələn, bu yaxınlarda bir nəfərin işlə təmin olunmasına dəstək olduq”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 23.05.2024
Qadınlar tərəfindən şiddət görən kişilər üçün sığınacaq niyə YOXDUR? - Komitədən AÇIQLAMA
Hazırda oxunan: Qadınlar tərəfindən şiddət görən kişilər üçün sığınacaq niyə YOXDUR? - Komitədən AÇIQLAMA
Hazırda oxunan: Qadınlar tərəfindən şiddət görən kişilər üçün sığınacaq niyə YOXDUR? - Komitədən AÇIQLAMA
193500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.