İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO  

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO  

Hazırda oxunan: İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO  

193438

Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin üzvləri, dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. 

“Xəzinə” muzey ekspozisiyasında antik çağlardan XX əsrə qədər uzanan dövrə aid zərgərlik, metalişləməsənəti və numizmatika nümunələri, bir çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub. 

Çıxışlardan sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO