Azərbaycanda rüşvət alan sabiq tabor komandiri həbs edildi

Azərbaycanda rüşvət alan sabiq tabor komandiri həbs edildi

Hazırda oxunan: Azərbaycanda rüşvət alan sabiq tabor komandiri həbs edildi

193430

Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İstintaq orqanı tərəfindən Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham verilmişdi. 

Məhkəmə Cinayət Nəcəllənin 179.1-ci maddəsini ittihamdan xaric edib. 

O, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib. 

Elnur Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO