Culfada top mərmisi tapıldı - FOTO/VİDEO

Culfada top mərmisi tapıldı - FOTO/VİDEO

Hazırda oxunan: Culfada top mərmisi tapıldı - FOTO/VİDEO

193403

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Darıdağ massivində sursat aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO