Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.
Bizim.Media xəbər verur ki, bu ahqda məlumatı ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, tədbir iştiralkçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlər ermənilərin talan etdiyi Əhəng dağında olublar
O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış olacaq:
"Səfər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və "Köndələnçay-1 su anbarı"nda balıq buraxılması baş tutacaq.
Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək".
Bizim.Media