May ayının 18-də Əməkdar jurnalist, yazıçı, publisist, “Respublika” qəzetinin Diaspor şöbəsinin müdiri işləmiş Qədir Aslanın 80 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, ömrünün 60 ildən çoxunu jurnalist fəaliyyətinə həsr etmiş Qədir Aslan müxtəlif janrlarda yüzlərlə oçerk və məqalənin, Qarabağ müharibəsi və qəhrəmanlıq tariximizi özündə əks etdirən kitabların müəllifidir.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə töhfələr vermiş Qədir Aslan 80 illik yubileyi ərəfəsində TURAN-Türk Dövlətləri Veteranları Birliyinin qərarı ilə “Turan” xatirə medalı ilə təltif olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi-Nəsimi rayon şöbəsinin sədri, "Azərbaycan Bayrağı" ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov və Nəsimi rayon şöbəsinin sədr müavini, ehtiyatda olan polkovnik Qaçay Aslanov medalı yubilyara təqdim ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:49 / 21.05.2024
“Turan” xatirə medalı ilə təltif olunan Əməkdar jurnalist
Hazırda oxunan: “Turan” xatirə medalı ilə təltif olunan Əməkdar jurnalist
Hazırda oxunan: “Turan” xatirə medalı ilə təltif olunan Əməkdar jurnalist
193346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.