DİQQƏT! Bakının bir sıra ərazilərində işıq OLMAYACAQ

DİQQƏT! Bakının bir sıra ərazilərində işıq OLMAYACAQ

Hazırda oxunan: DİQQƏT! Bakının bir sıra ərazilərində işıq OLMAYACAQ

193321

“Azərişıq” ASC-nin Bakı şəhərinin bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində planlı fasilələr yaranacaq.

Bizim.Media xəbər verir ki, qurum bununla bağlı abonentlərə müraciət edib. 

Bildirilib ki, fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur. 

Müraciətdə deyilir ki, bu barədə məlumatları “Azerishiq.az” saytında “Planlı fasilələr” bölməsində ətraflı şəkildə əldə etmək olar. 

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyətin qarşıya qoyduğu ən vacib məsələlərdəndir. 

Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda və Bakı şəhərində elektrik təsərrüfatının yaxşılaşıdırılması məqsədilə “Azərişıq” bir sıra tədbirləri həyata keçirməkdə davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO