Ağstafada davranış qaydalarını pozan məktəb direktoru İŞDƏN ÇIXARILDI 

Ağstafada davranış qaydalarını pozan məktəb direktoru İŞDƏN ÇIXARILDI 

Hazırda oxunan: Ağstafada davranış qaydalarını pozan məktəb direktoru İŞDƏN ÇIXARILDI 

193288

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb. 

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub. 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO