Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirildi - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirildi - FOTO

193245

Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşən Elşən Nəzərəli oğlu Xasiyevlə vida mərasimi keçirilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinə gətirilib. 

Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. 
Qeyd edək ki, E.Xasiyev 1968-ci il aprelin 8-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində anadan olub. O, hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Daha sonra ailəsi ondan xəbər ala bilməyib. Onun Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO