“94 min şagird artıq birinci sinfə yerləşdirilib” - Təhsil naziri

“94 min şagird artıq birinci sinfə yerləşdirilib” - Təhsil naziri

Hazırda oxunan: “94 min şagird artıq birinci sinfə yerləşdirilib” - Təhsil naziri

19321

Təhsil naziri Emin Əmrullayev birinci siniflərə qəbul prosesi barədə sosial şəbəkədə yazıb.

Bizim.Media xəbər verir ki, nazirin paylaşımında deyilir:


"Bu gün birinci siniflərə qəbul prosesinə start verildi. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib.

Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz - //baku.edu.gov.az/az/page/9/5548".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO