Qaxdakı yanğının ilkin səbəbləri bilindi - FOTO

Qaxdakı yanğının ilkin səbəbləri bilindi - FOTO

Hazırda oxunan: Qaxdakı yanğının ilkin səbəbləri bilindi - FOTO

193183

Gecə saatlarında Qax şəhəri Xurşidbanu Natəvan küçəsində avtomobillərin təmiri servisində yanğın hadisəsinin elektrik naqillərində qısa qapanmadan sonra baş  verdiyi ehtimal edilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər ərazsində avtomobil təmiri servisində yanğın başlaması barədə  Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə Mühafizə Hissəsinin bir neçə texnikası və şəxsi heyəti cəlb edilib.

Həyata keçirilən təcili tədbirlərlə servisə təmir məqsədi ilə gətirilən avtomobil yanğın yerindən kənarlaşdırılıb. 

Servisdəki sexlərdən biri yansa da digərləri eləcə də yaxınlıqdakı tikililər mühafizə oluna bilib. Hadisənin də həmin yanan sexin daxilindəki naqillərdən qaynaqlana biləcəyi ehtimal edilir. 
Yanğının baş verməsi ilə bağlı müvafiq orqanlar araşdırmaları davam etdirir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO