İslamabad Məhkəməsi İmran Xana BƏRAƏT VERDİ

İslamabad Məhkəməsi İmran Xana BƏRAƏT VERDİ

Hazırda oxunan: İslamabad Məhkəməsi İmran Xana BƏRAƏT VERDİ

193142

2023-cü ildə ölkədə iğtişaşlar təşkil etməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana bəraət verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Bildirilib ki, İslamabad Rayon Məhkəməsi onun tərəfdarları tərəfindən törədilən vandalizm aktlarında təqsirli olması iddiasını nəzərdən keçirməyi dayandırıb.

Qeyd edək ki, İmran Xan dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il, həmçinin korrupsiyaya görə həyat yoldaşı ilə birlikdə 14 il və həyat yoldaşı Büşra Bibi ilə 2018-ci ildə İslami evlilik qaydalarını pozaraq, qeyri-qanuni nikaha görə, 7 il həbs cəzaslna məhkum edilib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO