Deputat: “Xala, dayı, bibi uşaqları arasında evliliyi qadağan edə bilərikmi?”

Deputat: “Xala, dayı, bibi uşaqları arasında evliliyi qadağan edə bilərikmi?”

Hazırda oxunan: Deputat: “Xala, dayı, bibi uşaqları arasında evliliyi qadağan edə bilərikmi?”

193102

“İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib. 

“Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq, işləyəcəkmi?  
O qədər gözəl qanun var ki, amma işlək mexanizmi yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir.

Haçansa hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır”, - deyə deputat qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO