Zığ şosesi ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ! – FOTO 

Zığ şosesi ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ! – FOTO 

Hazırda oxunan: Zığ şosesi ilə hərəkət edən sürücülərin DİQQƏTİNƏ! – FOTO 

193101

Bakıda Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq hissəsində "məhdudlaşdırıcı zolaq" işarəsi qoyulub.
Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. 

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO