İcbari tibbi sığortanın qurbana çevirdiyi HƏKİMLƏR – Dövlət xəstəxanalarını niyə tərk edirlər?

İcbari tibbi sığortanın qurbana çevirdiyi HƏKİMLƏR – Dövlət xəstəxanalarını niyə tərk edirlər?

Hazırda oxunan: İcbari tibbi sığortanın qurbana çevirdiyi HƏKİMLƏR – Dövlət xəstəxanalarını niyə tərk edirlər?

19296

Artıq bir aya yaxındır ki, Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər. 

Amma Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun deyil. Son günlər sosial şəbəkələrdən gələn məlumatlara görə, peşəkar həkimlər sığorta tətbiq edildikdən sonra dövlət xəstəxanalarını tərk edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq poliklinikalarında icbari tibbi sığorta necə hesablanacaq? - AÇIQLAMA


İcbari tibbi sığortanın onlara vəd etdiyi maaşı almayan həkimlər özəl klinikalara keçir və fəaliyyətlərini orada davam etdirməyi üstün tuturlar. Kütləvi axın ciddi problemlər  və müzakirələr yaratmağa başlayıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən problemin aidiyyəti qurum tərəfindən nəzarətə götürülməsini və qaydası ilə təmin olunmasını önə çəkib:

“Bu gün icbari tibbi sığortanın hədəfi vətəndaşın sosial müdafiəsinin təmin edilməsi və tibb işçilərinin maddi rifahının yüksəldilməsidir. Əgər bu, baş verməsə, hər cür deformasiyalar olacaq. Çünki hər kəs öz əməyinin qarşılığını almaq istəyir.

"Cəmiyyət bu cür qurulub. Ölkəni bu cür ideoloji andlarla və mənəvi prinsiplərlə yaşatmaq olmaz. Bu baxımdan icbari tibbi sığorta həm tibb işçilərinin, həm də xəstələrin xeyrinə çalışmalıdır”. 

Adil Qeybullanın sözlərinə görə, həkimlərin icbari tibbi sığorta xəstələrinə həvəslə qulluq etməsi əsasında həm də maddi maraq dayanır:

“Bu baxımdan onların sosial təminatının qarşılanması üçün məsələ qaydasına salınmalıdır”.
 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqində həkimlərin gəlirlərinin artırılacağını bildirib. O, bununla bağlı normativ hüquqi aktların hazırlandığını və razılaşdırılması üçün müvafiq qurumlara göndərildiyini də qeyd edib.


Zaur Əliyevin sözlərinə görə, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı maaş artacaq və bu, sabit olacaq. Digər hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr ediləcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO