Şimal-Qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarında ötən gecədən etibarən yağan leysan və dolu fəsadsız ötüşməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təbii fəlakət daha çox Qax rayonundakı yaşayış məntəqələrinə, təsərrüfatlara zərər vurub.
Rayon ərazisində gecədən başlayan leysan yağışları sonradan dolu ilə əvəzlənib. Belə ki, Qaxda gürcülərin kompakt yaşadığı Əlibəyli kəndinə yağan dolu sakinlərin evlərinə ciddi zərər verməsə də, üzüm bağlarını və bostanlarını xeyli zədələyib.
Leysan yağışları rayonun Tasmalı, Lələpaşa, Turaclı, Ləkit və Zəyəm kəndlərində sakinlərin həyətlərində dolub. Fındıq bağları, qarğıdalı sahələrini sel-sular basıb.
Rayon Fövqəladə hallar Komissiyasından verilən məlumata əsasən ilkin hesablamalarla 80 hektara yaxın yazlıq bitkilərə ziyan dəyib. Buraya qarğıdalı və tütün əkilən sahələr də daxildir. Eyni zamanda 20 hektara yaxın bar verən fındıq bağları da sel-sulara qərq olub.
Hımçinin bildirilib ki, dolu və leysan yağışları enerji sektorunda və yol infrastrukturunda heç bir problem yaratmayıb. Komissiya üzvləri hazırda ərazilərdə dəymiş ziyanın hesablanması və aradan qaldırılması istiqamətində iş aparırlar.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:04 / 18.05.2024
Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO
Hazırda oxunan: Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO
Hazırda oxunan: Qeyri-sabit hava Şimal-Qərb bölgəsində fəsadlar TÖRƏDİB - FOTO
192782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.