Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.
Bizim.Media unikal-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.
Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Bizim.Media
![Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI](https://bizim.media/file/articles/2024/05/18/1716043749_143569_diw8j7ijsm.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:47 / 18.05.2024
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
192771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.