Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.
Bizim.Media xəbər verir ki, 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər.
Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:28 / 18.05.2024
Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı - FOTO
Hazırda oxunan: Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı - FOTO
Hazırda oxunan: Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı - FOTO
192752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.