Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq müsbət qərarlar çıxarılıb.
Sonra iclasda ARVK-nın cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.
Həmçinin dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan Cahangir Rəhimovun fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
Bundan başqa, vəkilin barəsində hüquq-mühafizə orqanlarından birindən daxil olan təqdimata, o cümlədən bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, maddi yardımın olunması, habelə vəkillik fəaliyyəti dayandırılan vəkilin müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 4 vəkilə töhmət verilməsi, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 1 vəkilə isə xəbərdarlıq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 18.05.2024
Azərbaycanda 8 vəkil CƏZALANDIRILDI
Hazırda oxunan: Azərbaycanda 8 vəkil CƏZALANDIRILDI
Hazırda oxunan: Azərbaycanda 8 vəkil CƏZALANDIRILDI
192731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.