Paytaxtda yeni liftlər quraşdırılır - FOTO

Paytaxtda yeni liftlər quraşdırılır - FOTO

Hazırda oxunan: Paytaxtda yeni liftlər quraşdırılır - FOTO

19272

“Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Wittur Holding GMBH şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakı şəhərinə gətirilib. Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıcaqdır”.

Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə binalarda cəhənnəmə enən liftlər, 40 milyon dövlət vəsaiti hara xərclənib?- ARAŞDIRMA - FOTO/VİDEO


Bildirilib ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir.

İşlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid şəkilir.

Yeni liftər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnmişdir.

Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.

Yeni quraşdırılan liftlərin hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO