Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.
Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.
Qeyd edək ki, Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gün əvvəl sosial vəziyyətin ağırlığına, işsizlik və ayrı-seçkiliyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla polis arasında baş verın qarşıdurmada iki polis əməkdaşı və üç aksiya iştirakçısı həlak olub.
Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda Sakit Okeanda Avstraliya qitəsinin yaxınlığında yerləşir və bu uzun məsafəyə baxmayaraq Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu da yerli əhali tərəfindən etirazla qarşılanır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Hazırda oxunan: Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Hazırda oxunan: Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
192717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.