Havaların qeyri-sabit keçməsi şimal bölgəsində də özünü göstərir. Mütəxəssislərin sözlərinə görə, anormal hava meyvəçiliyin inkişafına mənfi təsir edir.
Belə ki, bəzi meyvələrin çiçək açdığı bu günlərdə yağış və küləkli hava çiçəklərin yerə tökülməsinə şərait yaradır, bitkilərin inkişafını ləngidir. Üstəlik olduqca rütubət yaradan yağışlı havadan sonra əsən güclü külək torpağın qurumasına səbəb olur.
Bu barədə Bizim.Media-ya danışan qubalı fermer İldırım Məmmədov bildirib ki, qeyri-sabit hava şəraiti heyvandarlığın inkişafına da zərər vurur.
Onun sözlərinə görə, indi mal-qaranın qışlaqdan yaylağa köç etdiyi dövrdür:
“Lakin belə hava köçə mane olur. Çünki dağlıq ərazilərdə hava soyuqdur, qar yağır. Belədə heyvanlar dağa çıxa bilmir. Qışlaqlarda isə yem və azuqə tükənib. Müşahidə olunan bu hallar kənd təsərrüfatının meyvəçilik və heyvandarlıq sahələrinin inkişafında müəyyən geriləmə yaradır”.
Bununla belə, İldırım Məmmədov yağıntılı havanın otlaq sahələri üçün faydalı olduğunu hesab edir. Amma fermer bildirir ki, havalar belə davam edərsə, ot biçininə və yığımına mənfi təsir edə bilər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 18.05.2024
Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO
Hazırda oxunan: Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO
Hazırda oxunan: Anomal hava şimal bölgəsində kənd təsərrüfatına hansı ziyanları vurub? – FOTO
192711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.