Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi ALQIŞLADI

Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi ALQIŞLADI

Hazırda oxunan: Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi ALQIŞLADI

192672

“Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır”.

Bizim.Media xəbər verir ki, bununla bağlı Aİ-nin mətbuat xidməti bəyanat yayıb.

“Aİ 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu iclası zamanı imzalanmış protokolu alqışlayır. Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa çağırır və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün səyləri dəstəkləməyə sadiqdir”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədinin dörd hissəsində sərhədin müəyyənləşdirilməsinə dair protokol razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO