"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.
Sfera.az-ın məlumatına görə, püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.
Azərbaycan təmsilçisi G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) ilə üz-üzə gələcək.
***
15:35
Ağdam klubunun ikinci rəqibi bəlli olub. Onlar Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq.
***
15:27
UEFA Avropa Liqasında qrup mərhələsininin püşkatması keçirilir.
Sfera.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”da iştirak edir.
Qurban Qurbanovun komandası da rəqiblərini tanıyır.
Ağdamlıların ilk rəqibi bəlli olub. Ağdam klubu birinci səbətdən “Olimpiakos”la qarşılaşıb.