Qəbələyə dolu YAĞIB - VİDEO

Qəbələyə dolu YAĞIB - VİDEO

Hazırda oxunan: Qəbələyə dolu YAĞIB - VİDEO

192647

Mayın 17-si günün ikinci yarısından başlayaraq Qəbələnin bir sıra kəndlərinə yağış sonra isə dolu yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün axşama doğru Qəbələnin əksər yaşayış məntəqələrinə yağış yağıb.

Daha sonra isə doluya çevrilib. Qısa müddətli dolu əsasən meyvə ağaclarının yarpaqlarını töküb, meyvələrini zədələyib.
Yerli sakinlərin verdiyi məlumata əsasən ərazidə elə də ciddi fəsadlar olmayıb.

Sakinlərin sözlərinə görə, son günlər yağan aramsız yağışlar nəticəsində Nohur göldə suyun səviyyəsi yenidən qalxıb. Müvafiq orqanlar hadisə yerinə cəlb edilib. Hazırda suyun səviyyəsinin aşağı enməsi üçün göldən suyun çəkilməsi davam etdirilir.
 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO