Müdafiə Nazirliyi Laçın şəhəri, Zabux və Susla bağlı yeni MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi Laçın şəhəri, Zabux və Susla bağlı yeni MƏLUMAT YAYDI

Hazırda oxunan: Müdafiə Nazirliyi Laçın şəhəri, Zabux və Susla bağlı yeni MƏLUMAT YAYDI

192641

Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis işləri görülür.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

"Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir", - məlumatda bildirilib.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

 

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO