“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin sayının azaldılacağı barədə yerli mediada məlumat dərc olunub. Iddilara görə yüzlərlə əməkdaşa bu haqda bildiriş gəlib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ixtisarlara başlayıb.
İddialarda qeyd olunur ki, sədr “Azərsu” ASC-nin mərkəzi ofisində 456 nəfərdən 156 nəfəri saxlamaq niyyətindədir. İşçilərin əməkhaqlarının da endiriləcəyi bildirilir.
300 nəfərin işdən çıxarılması mümkündürmü? Bu iddia nə qədər doğrudur?
Bizim.Media sözügedən iddialarla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında bununla bağlı rəsmi məlumatın olmadığını deyib:
“Bu yazılanlarla bağlı rəsmi heç bir məlumat yoxdur, ayrıca bu günə kimi heç kimə bildiriş verilməyib”.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ötən ilin martında yaradılıb. “Azərsu” ASC ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Qeyd edək ki, "Azərsu"da ixtisarların olacağı ilə bağlı ilk məlumatı "reportyor.info" saytı yayıb.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 17.05.2024
“Azərsu”da kütləvi ixtisarlar haqqında iddialarla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Azərsu”da kütləvi ixtisarlar haqqında iddialarla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “Azərsu”da kütləvi ixtisarlar haqqında iddialarla bağlı RƏSMİ AÇIQLAMA
192591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.